Qurban Qurbanov mükafata layiq görüldü
Bu gün Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib. "Qarabağ" və millimizin çalışdırıcısına mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib. Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. |