Qurban Qurbanov: "Heyətimizdə problemlər var idi"

"Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı".

Sportline.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin birinci turunda İsraildə "Makkab"iyə (Təl-Əviv) 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis heyətdə problemlərin olduğunu bildirib: "Buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qarşıda, qrup mərhələsində daha 5 oyun gözləyir".