Qurban Qurbanovun köməkçilərindən biri məlum oldu

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov qapıçılarla işləyəcək köməkçisini müəyyənləşdirib. Sportline.az xəbər verir ki, bu iş, millinin sabiq üzvü Dmitri Kramarenkoya həvalə olunacaq. Vaxtı ilə, Rusiyanın "Dinamo" Moskva, "Torpedo", "ÇSKA", "Alaniya" və "Baltika", həmçinin Azərbaycanın "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Simurq", "Karvan" klublarının şərəfini qoruyan Kramarenkonun son iş yeri ÇSKA-nın futbol akademiyası olub.