Qurbanov millimizə qələbə qazandırdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komandamız Ukraynanın U-21 seçməsi ilə qarşılaşıb.
Kiyevdə, “Bannikov” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının vurduğu qol komandamıza bu oyunda qələbə qazandırıb.
Azərbaycan millisi sabah Özbəkistan seçməsi ilə qarşılaşacaq.
Valeri Lobanovskinin xatirə turniri
26 may
Ukrayna – Azərbaycan 0:1
Qol: Musa Qurbanlı, 17.