Qvardiola bu futbolçuların satılmasını istəyib

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola klubun hazırkı heyətindən transferə çıxarılacaq 4 futbolçunu müəyyənləşdirib.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, komandanın son uğursuz nəticələri fonunda oyunu ilə ispaniyalı mütəxəssisi tamamilə məyus edən futbolçular hücumçu Cek Qriliş, yarımmüdafiəçilər Matey Nunes və Ceyms Makati, eləcə də sağ cinah müdafiəçisi Kayl Uoker olub.

Qriliş və Nunesin satın aldıqları sərmayəni əsaslandıra bilmədikləri vurğulanır. Makati Qvardiolanı oyun səviyyəsinə inandırmayıb. İspan mütəxəssis 34 yaşlı Uokerin geriləməsindən də narazıdır.

Qeyd edək ki, "Mançester Siti" turnir cədvəlində 27 xalla 4-cü pillədə yer alıb.