Qvardiola ispaniyalı futbolçunu komandasında görmək istəyir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın ispaniyalı futbolçusu Dani Olmonu komandasında görmək istəyir.
Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Olmonu mövsümün sonunda transfer etmək niyyətindədir.
27 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Olmo cari mövsüm çıxış etdiyi 36 matçda rəqib qapılarından 11 top keçirib.