Qvardiola “Ola bilsin ki, milli komanda çalışdırdım”

“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı suallara aydınlıq gətirib.

Sportline.az “Cope” nəşrinə istinadən xəbər verir ki, Qvardiola gələcəkdə milli komanda çalışdırmaq istədiyini söyləyib.

“Hazır da “Mançester Siti”nin baş məşqçi vəzifəsini yerinə yetirirəm. Burada görüləcək bəzi işlərim qalıb. Gələcək karyeramda çox şey baş verə bilər. Ola bilsin ki, gələcəkdə milli komanda çalışdırdım”, - deyə Qvardiola bildirib.