Qvardiola: Rodri üçün mövsüm başa çatdı
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Rodrinin mövsümün qalan hissəsini buraxacağını təstiqləyib.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis açıqlamasında "Rodri bu səhər çarpaz bağından əməliyyat olunub. O, növbəti mövsümə hazır olacaq. Bu mövsüm onun üçün başa çatdı" fikirlərini səsləndirib.
Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 5-ci turunda "Arsenal"a qarşı keçirilən matçın 21-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Rodri bu mövsüm 4 görüşdə iştirak edib.