Qvardiola “Tottenhem” matçı haqqında danışıb
İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Tottenhem”ə səfərdə 1:2 hesabı ilə məğlub olan “Mançester Siti” mübarizəni dayandırıb.
Sportline.az xəbər verir ki, “Mançester Siti”nin ispaniyalı çalışdırıcısı Pep Qvardiola mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıb.
“Yaxşı çıxış etdik. Əsasən mövsüm ərzində ehtiyatda olan futbolçular bu gecə meydana çıxdı. Rəqibi təbrik edirəm qələbə qazanıb növbəti mərhələyə yüksəldilər. Erlinq Holann niyə oynamadı deyə çox suallar ünvanlanır mənə. Ona görə oynamadı ki, mövsüm ərzində 50-60 arası matç oynayır kubokda istirahət etməsi onun haqqıdır. Onun enerjisi çox tükətmək olmaz”, - deyə Pep Qvardiola bildirib.
Qeyd edək ki, “Mançester Siti” növbəti matçını “Bormut”a qarşı səfərdə keçirəcək.