Qvardiola zədəli futbolçuların son durumu barədə açıqlama verib

“Mançester Siti”nin ispaniyalı çalışdırıcısı Pep Qvardiola zədəli futbolçuları barədə ictimaiyyətə məlumat verib.

Sportline.az xəbər verir ki, Qvardiola “Sky Sports”a müsahibə verərkən bu fikirləri səsləndirib;

“Bu mövsüm bir çox futbolçumuz zədələnib. Onların tam olaraq nə zaman qayıdacağını deyə bilmərəm. De Brüyne və Kayl Valker məşqlərə qoşulub. Lakin hələ meydana çıxmaqa hazır deyil hər iki futbolçu. Rodri mövsümü bağlayıb. Cek Qriliş və Doku isə gələn həftə qayıdacaq. Zədəli çox ciddi deyil”, - deyə P.Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti” turnir cədvəlində 20 xalla 2-ci pillədə yer alır.