Qvardyola "Napoli"nin futbolçusuna elçi düşüb
"Fənərbağça"nın sabiq oyunçusu Kim Min Ce "Napoli"də göstərdiyi performansla Avropa nəhənginin maraq dairəsindədir.
Sportline.az The Sun qəzetinə istinadla xəbər verir ki, "Mançester Siti" bu yay Kim Min Ce üçün "Napoli" klubuna rəsmi təklif göndərəcək.
Komandanın baş məşqçisi Xosep Qavardyola bu mövsüm "Napoli"nin A Seriyasında zirvədə qərarlaşmasında böyük pay sahibi olan koreyalı müdafiəçinin oyununu bəyəndiyini bildirib.
Qeyd edək ki, "Napoli" Kim Min Ceni 45 milyon avroya satmağa razıdır.