Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Linz şəhərində WKF karate üzrə dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 3-cü günündə 3 idmançımızdan medal gözlənilirdi. Qızıl medala ən real namizədlərdən sayılan Rafael Ağayevin döyüşü daha böyük maraq doğurub. 75 kq-da mübarizə aparan karateçimiz qələbə sayəsində 5-ci dəfə dünya çempionu adına layiq görüləcəkdi. Misirli Abdel Rahman Omar  çox çalışsa da, karateçimizin qələbəyə gedən yolunu kəsə bilməyib və Rafael Ağayev 5-ci dəfə dünya çempionu adına layiq görülüb.

Digər karateçimiz Ayxan Mamayev isə qızıl medal istəyi alınmayıb. 84 kq-dək çəki dərəcəsindəki idmançımız dünya çempionatının gümüş medalı ilə kifayətlənib.  Bakı vaxtı ilə saat 18-00-da 60 kq-dək çəkidə qüvvəsini sınayan Firdovsi Fərzəliyev bürünc medal uğrunda görüşə çıxacaq.Sabah isə komanda kumite yarışında Azərbaycan seçməsi Fransa kollektivi ilə münasibətləri aydınlaşdıracaq.