Rafael Varan uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

"Mançester Yunayted"in futbolçusu Rafael Varan yaşıl meydanlardan uzaq alacaq.

Sportline.az xəbər verir ki, fransalı futbolçu "Çelsi" ilə görüşdə zədələndiyi üçün minimum 3 həftə komandasına kömək edə bilməyəcək.

Komandanın baş məşqçisi Erik Ten Haq futbolçunun zədəsi ilə bağlı xəbərlərin doğru olduğunu bildirib. 
Qeyd edək ki, Rafael Varan mövsüm sonunda "Mançester Yunayted"dən ayrıla bilər.