Rafinya "Barselona"dan ayrılır?
"Barselona" brazilyalı futbolçusu Rafinya ilə bağlı qərar verib.
Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu Rafinya ilə yola davam edəcək.
Rafinya "Barselona" ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, 28 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
O, bu mövsüm çıxış etdiyi 54 matçda 34 qol 25 asistlə yadda qalıb.