Rafinya rəsmən "Barselona"da

"Lids"in yarımmüdafiəçisi Rafinyanın "Barselona"ya keçidi rəsmiləşib.

Sportline.az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, braziliyalı vinger tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb.

İspaniya klubu bu transfer üçün İngiltərə təmsilçisinə 58 milyon avro ödəyib. 

Qeyd edək ki, 26 yaşlı oyunçu “Lids”ə 2020-ci ildə “Renn”dən keçib.

Banner