Ramil Şeydayev "Napoli"nin maraq dairəsində
"Qarabağ"ın hücumçusu Ramil Şeydayev Avropa klublarının diqqətini cəlb edib. Sportline.az 1news.az-a istinadən xəbər verir ki, istedadlı futbolçu ilə maraqlanalar arasında İtaliya A seriyasının lideri "Napoli" də var. Onun "Atletiko" ilə səfər matçındakı inamlı çıxışı yalnız neapolluların deyil İngiltərə "Vest Hem"inin skautlarının da diqqətini cəlb edib. Xatırladaq ki, Madriddə keçirilən görüşün 72-ci dəqiqəsində əvəzlənən Şeydayev komandanın ən fəallarında biri kimi yadda qalıb. Ramil həmçinin, Almaniya millisinin qapısına yol tapmaqla da diqqətləri cəlb etməyi bacarmışdı.