Ramil Şeydayevin sabiq komandası çempion oldu

Millimizin üzvü Ramil Şeydayevin sabiq komandası 'Buriram Yunayted" Tailand Liqasında 2023/2024 mövsümünün çempionu olub.

Sportline.az xəbər verir ki,  29-cu turun oyununda "Buriram Yunayeted" səfərdə "Uthai Thani" klubunu 2-0 hesabı ilə məğlub edərək tarixində 8-ci dəfə Tailand çempionu olub.

Qeyd edək ki, 2023-cü ildə "Buriram"da çıxış edən Ramil klubla çıxdığı 15 oyunda 2 qol, 4 asistlə yadda qalıb.