Ramon "Betis"də
"Betis" idman direktoru vəzifəsinə Ramon Planesi təyin edib.
Sportline.az xəbər verir ki, bu barədəklubun saytı məlumat yayıb. 55 yaşlı ispaniyalı ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.
Planesin son iş yeri "Xetafe" olub. Əvvəllər o, "Barselona", "Rayo Valyekano", "Tottenhem", "Espanyol" və "Raysinq"də idman direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, 32 turdan sonra "Betis " La Liqada 6-cı yerdədir .