Rauf Əliyevin "Keşlə"yə keçidi alınmadı

"Kukesi"dən ayrılaraq Vətənə dönən Rauf Əliyevin "Keşlə" klubuna keçidi baş tutmayıb.

Sportline.az xəbər verir ki, tərəflər müqavilə müddətində anlaşa bilməyiblər.

Son məlumatlara görə,  təcrübəli hücumçu ilə razılığa gələ bilməyən “Keşlə” heyətinə yamaykalı futbolçu cəlb edir.

Rauf Əliyevin karyerasını hansı komandada davam etdirəcəyinə yaxın günlərdə aydınlıq gətiriləcək.