Raya "Real"ın hədəfindədir

"Arsenal"ın ispaniyalı qapıçısı David Raya "Real Madrid"in transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, bu haqda "Daily Express" nəşri məlumat yayıb.

Raya üçün "Real Madrid" mövsümün sonunda London klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 29 yaşlı kiperin "Arsenal"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O, cari mövsüm çıxış etdiyi 53 matçda qapısında 49 top görüb.

Xatırladaq ki, David Rayanın hazırkı dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avro olaraq qiymətləndirilir.