Rayan Çerki 2 klub arasında qalıb

“Lion”nun fransalı futbolçusu Rayan Çerkinin yanvar ayında satılacağı gözlənilir.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” və “Çelsi” klubları Rayan Çerki üçün "Bayer“ə 20 milyon avro təklif edib.

21 yaşlı futbolçu hələ ki seçimini etməyib.

Rayan Çerkinin “Lion”la müqaviləsi 2026-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Rayan Çerki bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 2 qol və 3 asistlə yadda qalıb.