Rayan Çerki karyerasını “Dumanlı Albion”da davam etdirə bilər

“Lion”un fransalı futbolçusu Rayan Çerkinin yanvarda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Lequipe” qəzetinə istinadən xəbər verir ki, “Liverpul”un rəhbərliyi Rayan Çerkinin transferində israrlıdır.

Klublar arasında danışıqlar davam edir.

Rayan Çerkinin transfer dəyəri 25 milyon avro olaraq təyin edilib.

“Liverpul” klubunun rəhbərliyi bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Rayan Çerkinin “Lion”la müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır.

21 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 2 qol və 3 asistlə yadda qalıb.