"Real" Ardanı Almaniya klubuna satmağa hazırdır

"Real Madrid" yay transfer pəncərəsi dövründə heyətində köklü dəyişiklərə əl atacaq.

Sportline.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Ardanı "Bayer"ə satmaq istəyir.

Almaniya klubu Arda üçün "Real"la danışıqlara başlayıb. O bu mövsüm çıxış etdiyi 35 matçda 3 qol 7 asistlə yadda qalıb.

Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayında "Fənərbağça"dan "Real Madrid"ə 25 milyon avro qarşılığında transfer olmuşdu.