“Real” argentinalı futbolçu ilə maraqlanır

“Mançester Yunayted”in argentinalı futbolçusu Lisandro Martinez karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az “Talk Sport” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid”in rəhbərliyi L.Martinezin transferində israrlıdır. İspaniya klubu bu keçid üçün “Mançester Yunayted”ə 55 milyon avro ödəməyə hazırdır.

Martinez “Real”da çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, 26 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.