"Real Betis"i "Atletiko"ya dəyişir

"Real Betis"in amerikalı futbolçusu Conni Kardozo yayda klubdan ayrılacaq.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Atletiko Madrid" C.Kardozo üçün "Real Betis"lə danışıqlara başlayıb.

Bu keçid üçün Sevilya klubu ən azı 20 milyon avro tələb edir.

Qeyd edək ki, Kardozo bu mövsüm meydana çıxdığı 46 oyunda 4 qol 1 məhsuldar ötürmə müəllifi olub.