"Real" Bonuccinin cavabını gözləyir
Madrid "Real"ı "Yuventus"un müdafiəçisi Leonardo Bonuccinin xidmətində maraqlıdır. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, artıq "kral klubu" futbolçunun meneceri ilə danışıb. Onun Çempionlar Liqasının finalından sonra cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, "Mançester Siti" də müdafiəçini heyətində görmək istəyir.