"Real" braziliyalı futbolçu ilə maraqlanır
Madrid "Real"ı "Bayi" klubunun hücumçusu Villian Jozenin transferinə hazırlaşır.
Sportline.az İspaniyanın AS nəşrinə istinadla xəbər verir ki, madridlilər başla effektli oyunu ilə seçilən təcrübəli forvardın xidmətində maraqlıdırlar.
Onunla yanaşı "Liverpul"un sabiq hücumçusu Roberto Firmino da transfer siyahısındadır.
Qeyd edək ki, Villian Joze 2024-cü ildə Moskva "Spartak"ının da formasını geyinib.
O, Rusiya klubunun heyətində keçirdiyi 13 oyunda cəmi 1 qolla yadda qalmışdı.