“Real” brazilyalı futbolçu ilə maraqlanır

"Real Madrid" klubu "Baiya"nın (Braziliya) futbolçusu Villian Jozeni transfer etmək niyyətindədir.

Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, "Real" heyəti gücləndirmək üçün nisbətən ucuz başa gələn futbolçu axtarışındadır. Bu səbəbdən La Liqa təmsilçisi 33 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, braziliyalı futbolçu 2025-ci ildə "Baiya"nın heyətində meydana çıxdığı 28 oyunda 8 dəfə fərqlənib. Onun transfer dəyərinin 2 milyon avro olduğu irəli sürülür.