"Real" fransalı futbolçuya göz qoydu

"Real Madrid" "Milan"ın fransalı futbolçusu Teo Hernandezi heyətinə qatmağı düşünür.

Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, Madrid klubu mövsümün sonunda T.Hernandez üçün "Milan"a rəsmi təklif göndərəcək.

27 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Teo Hernandez 2017-2018-ci illər ərzində "Real Madrid"də çıxış edib.