"Real" İngiltərə nəhənglərinin futbolçularını istəyir
Madrid "Real"ı heyəti gücləndirmək yönündə işləri davam etdirir.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi bu məqsədlə İngiltərəyə üz tutub.
"Marca"-nın yaydığı xəbərə görə, madridlilər "Liverpul"un mərkəz müdafiəçisi İbrahim Konate və "Arsenal"ın 18 yaşlı sol cinah müdafiəçisi Maylz Lüis-Skellini hədəfə alıblar.
Bu futbolçularla yanaşı "Valensiya"nın mərkəz müdafiəçisi Kristian Moskyera da "Real"ın transfer siyahısındadır.