"Real" İngiltərədən iki futbolçu alır
Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran Madrid "Real"ının hədəfində iki futbolçu var. SportLine.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "kral klubu" "Tottenhem"in futbolçusu Dele Alli və "Liverpul"un braziliyalısı Filipe Koutinyonu heyətinə qatmaq niyyətindədir.
Buna qədər Harri Keynlə yaxından maraqlanan La Liqa təmsilçisinin bu planı mövsümün sonunadək təxirə saldığı bildirilir.
Qeyd edək ki, F.Koutinyonun xidmətində "Barselona" və PSJ də maraqlıdır. Hətta, Kataloniya klubunun 150 milyon avro müqabilində "Liverpul"u razı saldığı barədə xəbər yayılmışdı.