"Real" ispaniyalı müdafiəçini istəyir
"Real Madrid" "Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreyrası heyətinə qatmaq istəyir.
Sportline.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
22 yaşlı futbolçunun "Benfika" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Karreyras bu mövsüm çıxış etdiyi 48 matçda 4 qol 5 asist müəllifi olub.