"Real Madrid" 17 yaşlı futbolçunu heyətinə qatıb
"Real Madrid" "River Pleyt"in argentinalı gənc ulduzu Franko Mastantuononu heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
Oyunçu "Real"la 6 illik müqavilə imzalayıb. Franko Madrid klubuna avqust ayında qoşulacaq.
Qeyd edək ki, Franko ötən mövsüm meydana çıxdığı 19 matçda 7 qol 4 məhsuldar ötürmə müəllifi olub.