“Real Madrid” almaniyalı forvardla maraqlanır

Madrid "Real"ı "Ştutqart"ın və Almaniya millisinin hücumçusu Nik Voltemadeni izləyir.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, alman klubu 23 yaşlı futbolçunu 60 milyon avro dəyərində qiymətləndirir. Voltemada ilə "Atletiko Madrid", "Bavariya" və "Çelsi" də maraqlanır.

Ötən mövsüm Voltemad bütün turnirlərdə 33 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.