"Real Madrid" argentinalı futbolçu ilə ilkin razılıq əldə edib

"Real Madrid" "Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandezlə ilkin razılıq əldə edib.

Sportline.az xəbər verir ki, bu haqda futbol jurnalisti Renzo Pantçi öz "X" hesabında paylaşım edib.

24 yaşlı yarımmüdafiəçi "Real Madrid"də çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Enzo Fernandez cari mövsüm çıxış etdiyi 44 matçda 7 qol 13 məhsuldar ötürmə müəllifi olub.

Onun "Çelsi" ilə müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Enzo Fernandez 2023-cü ilin yanvar ayında London klubuna "Benfika"dan 121 milyon avro qarşılığında transfer olmuşdu.