“Real Madrid” argentinalı futbolçunu transfer edib
"Real Madrid" "River Pleyt"in argentinalı futbolçusu Franko Mastantuononu transfer edib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün 45 milyon avro ödəyəcək.
Mastantuono ötən mövsüm çıxış etdiyi 19 matçda 7 qol 4 asistlə yadda qalıb.
Qeyd edək ki, "Real" 17 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayacaq.