"Real Madrid" "Arsenal"ın gənc futbolçusuna göz qoydu
"Real Madrid" "Arsenal"ın 18 yaşlı futbolçusu Mayles Luyis-Skellini heyətinə qatmaq istəyir.
Sportline.az "Guardian Sport" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 2026-cı ilin yayında Luyis-Skelli üçün "Arsenal"a rəsmi təklif göndərməyi planlaşdırır.
İngiltərəli futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 1 qol 3 asistlə yadda qalıb.
Qeyd edək ki, Mayles Luyis-Skellinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avro olaraq göstərilir.