"Real Madrid" "Benfika"ya elçi düşüb

"Real Madrid" yay transfer pəncərəsi dövründə heyətinə sol cinah müdafiəçisi transfer edəcək.

Sportline.az "El Chiringuito Tv"yə istinadən xəbər verir ki, "Benfika"nın futbolçusu Alvaro Karreyras Madrid klubunun əsas transfer hədəfinə çevrilib.

22 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, A.Karreyras bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 4 qol 5 məhsuldar ötürmə müəllifi olub.

Onun "Benfika" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Karreyras ötən ilin yayında "Mançester Yunayted"dən "Benfika"ya 6 milyon avro qarşılığında transfer olmuşdu.

Xatırladaq ki, gənc futbolçu "Real Madrid"in öz yetirməsi sayılır.