“Real Madrid” brazilyalı futbolçu üçün 90 milyon avro tələb edir

"Arsenal" yay transfer dönəmində əsas hədəfi "Real Madrid"in brazilyalı futbolçusu Rodriqodur.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, London klubu Rodriqo üçün "Real"a təklif göndərib.

Madrid klubunun rəhbərliyi 24 yaşlı futbolçu üçün 90 milyon avro tələb edir.

Qeyd edək ki, Rodriqo ötən mövsümü 51 matçda 14 qol 10 asistlə yadda qalıb.