“Real Madrid” əfsanəsi ilə vidalaşdı

"Real Madrid"in futbolçusu Luka Modriç komandadan ayrılır.

Sportline.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Modriç bu mövsümün sonunda Madrid klubunu tərk edəcəyini bildirib. 39 yaşlı futbolçu bu həftəsonu "Santiago Bernabeu" stadionunda son oyununa çıxacaq və azarkeşlərlə vidalaşacaq.

Qeyd: Luka Modriç 2012-ci ildə "Tottenhem" klubundan "Real Madrid"ə transfer olunmuşdu.