"Real Madrid" futbolçusuna yeni müqavilə təklif edib
"Real Madrid" ispaniyalı futbolçusu Brahim Diaza yeni müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu bu təklifə müsbət cavab verib.
Bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, Brahim Diazın klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Onun dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, Brahim Diaz ötən mövsüm meydana çıxdığı 52 matçda 6 qol 7 məhsuldar ötürmə ilə yadda qalıb.