"Real Madrid" hər zaman qəlbimdə yaşayacaq"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Ançelotti "Real Madrid" haqqında bu fikirləri səsləndirib;

"Real Madrid" hər zaman qəlbimdə yaşayacaq. Həyatımın geri qalanında "Real Madrid" azarkeşi olacam. Bu klubda 6 il işlədim və böyük uğurlar qazandım. Kluba, futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Sizi hər zaman sevəcəm", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Ançelottinin yeni iş yeri Brazilya millisi olacaq. "Real Madrid"i isə ispaniyalı mütəxəsis Xabi Alonso çalışdıracaq.