"Real Madrid" heyətinə yeni sol cinah müdafiəçisi alacaq

"Real Madrid" "Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreyrası transfer etməkdə israrlıdır.

Sportline.az jurnalist Gillermo Rayın məlumatına istinadən xəbər verir ki, Madrid klubu oyunçunun meneceri ilə təmas halındadır.

22 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.

Qeyd edək ki, Karreyras bu mövsüm meydana çıxdığı 52 matçda 4 qol 4 asistlə yadda qalıb.