"Real Madrid" ispaniyalı futbolçu ilə danışıqlara başlayıb
"Real Madrid" "Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreyrasla danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Markos Benito məlumat yayıb.
22 yaşlı sol cinah müdafiəçisinin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Karreyrasın "Benfika" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm meydana çıxdığı 50 matçda 4 qol 5 asist müəllifi olub.
Xatırladaq ki, A.Karreyras "Real Madrid"in öz yetirməsi sayılır.