"Real Madrid" ispaniyalı futbolçu ilə razılıq əldə edib

"Real Madrid" "Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreyrasla razılıq əldə edib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Eduardo Burqos öz "X" hesabında paylaşım edib.

22 yaşlı sol cinah müdafiəçisi "Real Madrid"ə transfer olmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, Karreyras bu mövsüm meydana çıxdığı 50 matçda 4 qol 5 asistlə yadda qalıb.

Onun "Benfika" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatıradaq ki, Alvaro Karreyras "Real"ın öz yetirməsi sayılır.