“Real Madrid” ispaniyalı futbolçusunu satmayacaq

"Real Madrid" ispaniyalı stoperi Raul Asensio üçün gələn bütün təklifləri rədd edib.

Sportline.az xəbər verir ki, bu haqda "Ok Diario" nəşri məlumat yayıb.

"Paris Sen-Jermen", "Milan", "Çelsi", və "Porto" Asensio üçün rəsmi təklif göndərib.

Lakin "Real"ın rəhbərliyi 22 yaşlı futbolçunu satmaq niyyətində deyil.