"Real Madrid" Rodriqo ilə bağlı qərar verib

"Real Madrid" brazilyalı futbolçusu Rodriqo ilə bağlı yekun qərar verib.

Sportline.az "Football Espana" nəşrinə istineadən xəbər verir ki, Madrid klubu Rodriqo ilə yola davam edəcək.

Klub rəhbərliyi 24 yaşlı futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, "Real Madrid" Rodriqonu satmaq niyyətində deyil.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 13 qol 10 asistlə yadda qalıb.

Xatırdaq ki, sözü gedən futbolçu ilə Londonun "Arsenal" klubu yaxından maraqlanır.

Rodriqo "Real Madrid"ə 2019-cu ilin yayında "Santos"dan 45 milyon avro qarşılığında transfer olmuşdu.