"Real" Madrid Super Kukokun finalında

“Real” Madrid İspaniya Super Kubokununun yarımfinal görüşündə “Valensiya”nı məğlub edib.

Sportline.az xəbər verir ki, Ciddə şəhərində “Kinq Abdullah Sports City” stadionunda keçirilən oyun “Real”ın 3 -1 hesablı qələbəsi ilə nəticələnib.

Madrid komandasından qolları Toni Kros, İsko və Luka Modriç vurub. 

“Valensiya”nın isə yeganə qolunun müəllifi Daniel Parexo olub. 

“Real”ın finaldakı rəqibi bu gün, “Barselona” - “Atletiko” matçında müəyyənləşəcək.

Qeyd edək ki, turnirin final görüşü yanvarın 12-də keçiriləcək.