"Real Madrid" transferlərə görə böyük məbləğ itirdi

İspaniyanın "Real Madrid" klubu son 3 ildə futbolçu transferlərindən təxminən 400 milyon avro itirib.

Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, 2018-ci ildən alınan oyunçulardan yalnız qapıçı Tibo Kurtua və müdafiəçi Ferlan Mendi daim əsas heyətdə möhkəmlənə bilib. Alınan bütün futbolçuların transfer qiyməti yetərincə azalıb.

"Kral klubu" 2019-cu ilin yayında aldığı Eden Azar üçün İngiltərə təmsilçisi "Çelsi"yə 120 milyon avro ödəyib. Hazırda 30 yaşlı belçikalı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, "Real Madrid" 2020-ci yayında və qış transfer dönəmində futbolçu almayıb.