"Real Madrid" ulduz futbolçusu ilə yola davam edəcək

"Real Madrid" brazilyalı ulduz futbolçusu Vinisius Juniorla yola davam edəcək.

Sportline.az jurnalist Josep Pedrerolun məlumatına istinadən xəbər verir ki, Madrid klubu Viniyə 3 illik yeni müqavilə təklif edib.

24 yaşlı futbolçunun "Real Madrid"lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 20 qol 17 məhsuldar ötürmə müəllifi olub.